Kolorado Universitetinin Anschutz Tibb bölməsinin alimləri normal qocalmanı idrak qabiliyyətinin azalması, beyin zülalının ifrazını dayandırması ilə əlaqələndirirlər.
Teleqraf.com “ScitechDaily” saytına istinadla xəbər verir ki, Kolorado Universitetindən bir qrup alim beyində zülalın nitrosilasiyasını normallaşdırmaqla idraki sağlamlığı qorumaq üçün mümkün farmakoloji üsul tapıblar.
Anschutz Tibb bölməsinin alimləri qocalmanın başlıca olaraq beyində olan CaMKII kimi tanınan zülalın səhv tənzimlənməsi ilə baş verdiyini müəyyən ediblər. Professor Ulli Bayer bildirir ki, yeni təqdim edilən mexanizm farmakoloji müalicə hesab olunur və CaMKII zülalının fəaliyyətini tənzimləmək yolu ilə beyni daim işlək vəziyyətdə saxlaya bilir.
Alimlər bu müalicəni siçanlar üzərində uğurla təcrübədən keçiriblər. Kolorado Universitetinin hazırkı planı müalicə mexanizmini könüllülər üzərində sınaqdan keçirməkdir.