ABŞ prezidentinin oğlu Hanter Bayden SpaceX və Tesla şirkətlərinin baş direktoru İlon Maskı demokratiya və söz azadlığına etinasızlığına görə qınayıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Hanter bunu DJ Mobinin podkastinda deyib.
Kiçik Baydenin sözlərinə görə, amerikalı iş adamı ABŞ-ın demokratiyasına, eləcə də ölkədə söz və səsvermə azadlığının qorunmasına biganədir.
"İlon Maskı özündən başqa heç kim maraqlandırmır"- deyə Hanter bildirib.