16 Dekabr 2023 12:29
3 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları tədqiq olunan bir kainatdakı ən böyük su hövzəsinin 12 milyard yaşında olduğunu təsdiqləyiblər. Beləliklə, kosmosda indiyə qədər kəşf edilmiş ən böyük və ən uzaq su hövzəsi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Unilad” məlumat yayıb.

Hövzədəki su kütləsi Yer kürəsindəki bütün su kütləsindən xeyli çoxdur. Elm adamlarının fikrincə, bu, dünya okeanlarındakı bütün suyun 140 trilyonuna bərabərdir.

“Bununla belə, öz teleskopunuzdan baxaraq onu görmək şansınız azdır, çünki hövzə 12 milyard ildən çox məsafədə olan kvazar adlanan nəhəng, enerji ilə qidalanan qara dəliyi əhatə edir. Elm adamlarının apardıqları müşahidələr kainatın cəmi 1.6 milyard illik dövrünü göstərir”, - materialda deyilir.

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) kosmik laboratoriyasının əməkdaşı Mett Bradford kəşf haqda danışaraq, bunun suyun bütün kainatda tapıla biləcəyini göstərdiyini söyləyib:

“Bu kvazarı əhatə edən mühit ona görə unikaldır ki, o, nəhəng su kütləsi əmələ gətirir. Bu, suyun ən qədim dövrlərdə belə bütün kainatda geniş yayıldığını göstərən başqa bir nümunədir”.

Kvazarlar böyük səma cisimləri hesab olunur və böyük həcmdə enerji yayırlar. Mərkəzdə yerləşən qara dəliyə düşən qaz və toz bütün elektromaqnit spektri boyunca elektromaqnit şüa yayır.

Astronomlar Günəşdən 20 milyard dəfə daha böyük qara dəliyə malik və 1000 trilyon Günəş qədər enerji istehsal edən APM 08279+5255 adlı kvazarı araşdırıblar. Bradfordun komandası tədqiq olunan kainatdakı su, xüsusən də onun inanılmaz kütləsi haqda çoxsaylı məlumat əldə edə bilib.

“Bu kəşfdən əvvəl astronomlar bu kainatda heç vaxt su buxarı tapmamışdılar. Süd Yolunun başqa yerlərində su var, amma onun çox hissəsi donub, buz halındadır”, - portal bildirir.

Astronomlar bu yaxınlarda Saturnun peyki Enseladın səthində yeni üzvi molekullar tapmışdılar. Enselad Günəş sistemində potensial həyat üçün ən perspektivli yerlərdən biri hesab olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər