21 Dekabr 2023 13:28
17 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-də fəaliyyət göstərən “Colossal Biosciences” biotexnologiya şirkəti 1930-cu illərdə nəsli kəsilmiş Tasmaniya pələngi populyasiyasının bərpası üçün Məsləhət Komitəsinin yaradıldığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tasmaniya pələngi vaxtilə Avstraliya və Yeni Qvineyada yaşamış yırtıcı heyvandır.

Tasmaniya pələngi şirkətin həyata qaytarmağı hədəflədiyi üç növdən biri və yeganə yırtıcıdır. Digər növlər yunlu mamont və dodo quşudur.

Tasmaniya pələngi Avstraliyanın ən simvolik və yeganə marsupial növü idi, amma qanunsuz ov və dinqolarla kəskin rəqabət səbəbindən populyasiyası kəskin şəkildə azalıb. Ən azı 2000 il əvvəl materikdən yox olmasına baxmayaraq, növ Tasmaniya adasında salamat qalmağı bacarmışdı. Ancaq kiçik yırtıcı itlərin təhdidləri və qanunsuz ovla mübarizədən sağ çıxa bilmədilər. Nəticədə Tasmaniya pələngləri 1986-cı ildə nəsli kəsilmiş elan edildi, məlum sonuncu növ 87 il əvvəl ölüb.

Tasmaniyanın yeganə ətyeyən heyvanını həyata qaytarmaqla “Colossal Biosciences” ekosistemi təbii tarazlığa qaytarmağa ümid edir. Komitəyə yerli hökumət üzvləri, aborigenlərin nümayəndələri, sənaye liderləri, özəl torpaq sahibləri, elm adamları və geniş ictimaiyyət daxildir.

Elm adamları deyirlər ki, Tasmaniya pələnginin həyata qaytarılması biomüxtəlifliyin təmin edilməsində və onun gələcək nəsillər üçün qorunmasında mühüm addım olacaq.

Tasmaniya pələnginin balalarının nə vaxt doğulacağı ilə bağlı heç bir rəsmi tarix yoxdur. Amma bunun tezliklə olacağını bildirilir.

Yunlu mamontlara gəlincə, “Colossal Biosciences” minlərlə il əvvəl nəsli kəsilmiş heyvanın ilk balalarının 2028-ci ildə doğulacağını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər