10 Fevral 22:31
2 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kral III Çarlz xərçəngin müalicəsi üçün ənənəvi dərmanlardan imtina edəcək.

Teleqraf.com xəbər verir ki, bu fikri Britaniya kral ailəsi üzrə ekspert, BBC-nin keçmiş jurnalisti Tom Bauer "Daily Express"-ə açıqlamasında deyib.

O xatırladıb ki, III Çarlz həmişə kimyaterapiyaya qarşı olub və həmçinin alternativ təbabətin tərəfdarıdır.

"O, təbii otlar, iksirlər və bu kimi şeylərlə şəfa almaq istəyir", ekspert bildirib.

Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu Bukingem Sarayı rəsmi olaraq açıqlayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər