Nyu Yorkda küçənin ortasında qadını yumruqlayan milyonçu bankir haqqında işlədiyi şirkət araşdırma başladıb.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, milyonçu bankir Conatan Kayebir küçədə qadını yumruqlayaraq yerə yıxıb.
Xəbərdə hadisəyə nəyin səbəb olduğu məlum olmadığı qeyd edilib. Videoda ətrafdakı insanların müdaxiləsindən sonra Kayenin hadisə yerindən uzaqlaşdığı görülür. Kaye Manhettendə aparıcı investisiya bankı olan "Moelis & Company"də idarəedici direktor vəzifəsində çalışır.