13 İyun 00:37
3 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyadan gələn əriştələrin "çox acı" olması səbəbindən piştaxtalardan yığışdırılmasına qərar verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın Milli Qida İnstitutu qərar verib.

Qərara görə, Cənubi Koreyanın üç məşhur əriştəsinin satışını dayandırılacaq.

Milli Qida İnstitutdan verilən açıqlamaya görə, bütün üç əriştə məhsulunun bir paketində ümumi kapsaisin səviyyələrini qiymətləndirilib:

"3xSpicy & Hot Chicken, 2xSpicy & Hot Chicken və Hot Chicken Stew əriştələri istehlakçı üçün yüksək dərəcədə risk yarada bilər”.

Bibərlərin acı olmasına səbəb tərkiblərində olan kapsais maddəsidir.

İnstitut valideynlərə övladlarının əriştə yedikdən sonra onlarda xoşagəlməz hisslər yaranarsa, zəhərlənmə ilə bağlı qaynar xəttə müraciət etmələrini tövsiyyə edib.


Müəllif: Arzu

Oxşar xəbərlər