"Apple"in keçmiş işçiləri şirkəti İsrail ordusuna ianə etməkdə günahlandırıb.
Teleqraf.com xəbər verir ki, özlərini “bir qrup səhmdar, indiki və keçmiş işçilər” kimi qələmə verən 133 nəfər texnologiya şirkətinə açıq məktub yazıb.
Məktubda deyilir ki, "Apple" işçi ianələrini İsrail ordusuna bağlı təşkilatlara göndərib.
Bu iddianın dərhal araşdırılmasını tələb edən işçilər "Apple"dan bütün qeyri-hökumət təşkilatlarına "ianə" verməyi dayandırmasını tələb ediblər.
"Apple" rəhbərliyi məsələ ilə bağlı suallara cavab verməyib.