13 İyun 22:33
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Robot ilk dəfə olaraq avtomobilin sükanı arxasına keçib.

Teleqraf.com xəbər verir ki, Yaponiyada alimlər avtomobil idarə edən insanabənzər robotu sınaqdan keçiriblər.

Sınaqlar Tokio Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Təcrübə nəticəsində məlum olub ki, robot avtomobili təhlükəsiz idarə edə bilir, lakin bir sıra məhdudiyyətlərə görə öz işini ləng yerinə yetirib.

Musaşi ləqəbli robot özü idarə olunan taksinin prototipini ilk dəfə sınaq yolunda idarə edib. Robot sükanı döndərə, avtomobili açarla işə sala, pedallara basa və dönmə siqnallarını yandıra bilib. Avtomobil yolayrıcından keçmək və ya dönmə etmək kimi bir sıra manevrləri uğurla yerinə yetirib.

Musaşi ətrafını daim təhlil edərək maşını çox ehtiyatla idarə edib. Alimlər robotu həddindən artıq ehtiyatlı adlandırıblar. Mütəxəssislər hesab edirlər ki, gələcəkdə belə robotlardan taksi sürücüsü kimi istifadə etmək olar.


Müəllif: Arzu

Oxşar xəbərlər