Rusiya orbitə ilk modul buraxacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) məlumat yayıb.
Qeyd olunur ki, yeni orbital stansiyası üçün ilk modul 2027-ci ildə orbitə buraxılacaq.
Açıqlamada stansiyanın 2031-2033-cü illər arasında iki modul əlavə edilərək genişləndiriləcəyi qeyd edilib.
Roskosmosun baş direktoru Yuri Borisov hələ 2022-ci ildə verdiyi açıqlamada Rusiyanın öz orbital stansiyasını quracağını açıqlayıb.