10 İyul 22:27
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dəfə təyyarəyə minən sərnişin tualet axtararkən səhvən evakuasiya zamanı istifadə olunan və hava ilə doldurulan pilləkəni işlək vəziyyətinə gətirib.

Teleqraf.com xəbər verir ki, hadisə Çində "Air China" aviaşirkətinə məxsus təyyarədə baş verib.

Daha sonra təyyarə təcili eniş edib və sərnişinlər evakuasiya olunublar. Sərnişinlər aviaşirkət tərəfindən otellərə yerləşdirilib və onların hər birinə 400 yuan (təxminən 95 AZN) təzminat ödənilib.

Şəxsiyyəti açıqlanmayan qadın sərnişin polis tərəfindən saxlanılıb. Həmin sərnişinin 200 min yuana (təxminən 46 min manat) qədər cərimə olunacağı bildirilir


Müəllif: Arzu

Oxşar xəbərlər