Fransız aktyor Alen Delon 50 ildən çox yaşadığı mülkün ərazisində dəfn ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Mənbənin sözlərinə görə, Delon sağlığında qulluq etdiyi 35 itin artıq basdırıldığı yerdə basdırılacaq. Dəfn mərasimi yaxınlıqdakı kilsədə keçiriləcək. Bu, Delonun özünün yazılı vəsiyyətidir.
“Alen Delon öz istəyinə uyğun şəkildə, demək olar ki, yarım əsr yaşadığı Duşidə həftə ortasında, ciddi məxfilik şəraitində dəfn ediləcək. Dəfn mərasimi onun əvvəlcədən seçdiyi ibadətgahda keçiriləcək”, - mənbə bildirib.
Alen Delon avqustun 18-də 89 yaşında vəfat edib.