20 Avqust 19:17
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Microsoft" mühəndisləri "Windows 11"ə yeni güc parametrləri əlavə ediblər.

Teleqraf.com xəbər verir ki, enerjiyə qənaət rejiminin xüsusiyyətləri artırılıb.

Yeni xüsusiyyətlər 27686 nömrəli "Windows 11"in ilkin quruluşunda tərtibatçılar və həvəskarlar üçün əlçatan olub. "Microsoft" nümayəndələrinin sözlərinə görə, enerji sərfiyyatı sistemini əhəmiyyətli dərəcədə optimallaşdırılıb. Gözlənilir ki, bu xüsusiyyət noutbuklarda batareyanın ömrünü artıracaq.

Həmçinin cari "Windows"da enerji idarəetmə rejimləri və enerjiyə qənaət rejimi əlavə olunub. Beləliklə, istifadəçi kompüterin resurslarının gücün artırılmasına yönəldiləcəyi "ən yaxşı performans" rejimini və ya prosessorun işini azaldacaq "ən yaxşı enerji səmərəliliyi" rejimini seçə bilərlər.

Mütəxəssislər bildirib ki, əvvəllər enerjiyə qənaət rejimi cihazın akkumulyatoru 20 faiz boşaldıqda işə salınırdısa, indi PC istifadəçiləri bu funksiyanı istənilən batareya səviyyəsində aktivləşdirə bilərlər.


Müəllif: Arzu

Oxşar xəbərlər