22 Avqust 18:36
2 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Lucara Diamond şirkəti Botsvanadakı Karowe mədənində 2492 karat ağırlığında almaz kəşf edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu, son 120 ilin ən böyük almazıdır və indiyə qədər çıxarılan ikinci ən böyük almazdır .

Almaz hələ qiymətləndirilməyib. Şirkətin çıxarılan almazdan yüksək keyfiyyətli qiymətli daşlar istehsal edib-etməyəcəyi məlum deyil.

Tarixin ən böyük almazı olan Cullinan da Cənubi Afrikada tapılıb. Onun çəkisi 3106 karat idi.


Müəllif: Arzu

Oxşar xəbərlər