Sevilya kilsəsində tapılan insan sümükləri üzərində 20 illik araşdırmalardan sonra həmin qalıqların Xristofor Kolumba aid olduğu elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.
Bəzi ekspertlər Kolumbun Dominikan Respublikasında dəfn edildiyini iddia edirdi. Ancaq sonuncu kəşfdən sonra bunun belə olmadığı aydınlaşdı.
Tədqiqatçılar qrupu son 20 ildə Sevilya Katedralinin insan sümüklərinin DNT-sini Kolumbun qohumlarının və nəslinin, xüsusən də oğlu Hernandonun və qardaşı Dieqonun qalıqlarının DNT-si ilə müqayisə edib.