29 Sentyabr 2019 01:10
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı təşkil edilib.

"Report"un məlumatına görə, konsertdə Estoniyanın Tallinn Oğlanları Xoru və Almaniyanın Horizonte Ansamblı çıxış ediblər.

Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdə məşhur bəstəkarlar Kirillus Kreekin, Georg Fridrix Handelin, Volfqanq Amadey Motsartın, Vladimir Vavilovun və digərlərinin əsərləri səsləndirilib.

Klassik musiqi gecəsi tamaşaçılarda böyük maraq doğurub.


Müəllif: Teleqraf.com