Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.
Sənədə əsasən, 2021-ci il sentyabrın 28-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləmişdi.