5 İyul 2022 14:45
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 6,9 milyon (altı milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Müəllif: Teleqraf.com