8 Oktyabr 2022 18:30
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə aşağıdakı məzmunda 14.3-1-ci bənd əlavə edilib: dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər