Azərbaycanın Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.
Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Bakı şəhərində keçiriləcək Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulanıb.
F.Oktayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.