"AZERBAİJAN GLOBAL INVESTMENTS" MMC (VÖEN: 1402638611) yenidən təşkil edilmiş "PAŞA Development" MMC-yə qoşulub.
Teleqraf.com xəbər verir ki, nəticədə "AZERBAİJAN GLOBAL INVESTMENTS" MMC-nin hüquqi varisliyi "PAŞA Development" MMC-yə keçib.
“PAŞA Development” MMC 12 iyun 2012-ci ildə Məhdud Məsuliyyətli Cəmiyyət kimi yaradılıb.
Şirkət PAŞA Holding MMC-nin törəmə müəssisəsidir.