6 Oktyabr 2020 10:20
9 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin (ÇVK) yaradıcısı və sahibi, milyarder iş adamı Yevgeni Priqojin “vaqnerçilər”in Qarabağ savaşına Ermənistan tərəfindən qatılmaları, yaxud qatıla biləcəkləri ilə bağlı məsələyə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə jurnalist Elçin Alıoğlu məlumat verib.

Priqojinin “Vaqner”in Ermənistan tərəfindən savaşa qatılacağı barədə yayılan məlumatları təkzib edib:

"Qarabağda baş verənlərin bilavasitə səbəbkarı Ermənistanın baş naziri, çox anlaşılmaz və çox təhlükəli oyun oynayan Nikol Paşinyandır. Paşinyan xeyli vaxtdır ki, Qərbə meyllənib, Qərbin əmrlərini yerinə yetirir və Rusiyanı aldatmaq istəyir.

Mənim mövqeyim konkret və açıqdır. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənilərin “soyqırım”la bağlı dedikləri də mənimçün o qədər maraqlı deyil.

Rusiyanın Qarabağa qoşun yeritmə ehtimalına gəldikdə isə Rusiyanın Qarabağa hərbçi, yaxud özəl hərbi şirkətin silahlısını yollamaq hüquqi ixtiyarı və əsası yoxdur. Çünki dediyim kimi, Qarabağ Azərbaycan ərazisidir. Gələk Türkiyə məsələsinə, Türkiyə Ermənistan sərhədlərini keçməməklə Qarabağdakı proseslərə müdaxilə edə bilər. Çünki beynəlxalq hüquq buna imkan verir. Rəcəb Tayyib Ərdoğanın öz dövlətinin və xalqının maraqları naminə etdikləri heç bir halda, ermənilərin dedikləri kimi, “işğal” və ya “hərbi əməliyyat” deyil.

Məncə, Qarabağdakı müharibənin dayanmasının ən real yolu Rusiyanın siyasi-diplomatik yolla proseslərə müdaxiləsidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər