12 Oktyabr 2020 09:40
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan növbəti dəfə insanlıq əleyhinə cinayətə imza atdı. Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə ermənilərin soyqırımı siyasətinin davamı olaraq dinc əhaliyə divan tutulması, qadınların, uşaqların öldürülməsinə fərman verdi. Onlar Cenevrə Konvensiyası ilə yanaşı, insanlıq qanunlarını da pozaraq, insan təbiətindən uzaq, vəhşi instinktləri rəhbər tutaraq dinc əhalini hədəf aldılar.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq-müdafiə təşkilatları, BMT, Avropa İttifaqı, AŞPA bu barbarlıq aktına öz münasibətlərini bildirməlidirlər:

"Onlar ermənilərin bu insanlıq əməllərinə qiymət verməlidirlər.

Ermənistan silahlı qüvvələri tərəfindən 11 oktyabr, gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 9 çox mülki şəxs həlak olub, yaralananlar var. Çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Ölən və yaralananların arasında xeyli qadın və uşaq var.

Fransa, Almaniya və Rusiya səfirlərini, Lavrovu və Makronu Gəncəyə dəvət edib, Ermənistanın uzaqmənzilli raketlərlə dağıtdığı yaşayış evlərinin dağıntıları arasından çıxarılan uşaqları, qadınları və qocaları göstərərək sual etmək lazımdır ki, Ermənistanın bu cinayətlərinə görə canilərlə, terroristlərlə və genosid törədənlərə ortaq olanlar kimdir? Erməni vandalizminə son qoyulmalıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər