13 Oktyabr 2020 13:21
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, işğalçı Ermənistan heç bir hümanitar hüquqa əməl etmir. 30 ilə yaxındır ki, BMT-nin Ermənistanın işğala son qoyması ilə bağlı verdiyi qətnamələr icra edilməyib. Eyni zamanda digər nüfuzlu təşkilatların işğala son qoymaqla bağlı Ermənistana edilən çağırışları cavabsız qalıb.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, işğalçı Ermənistan üzərinə götürmüş olduğu öhdəlikləri belə icra etmir:

"Cenevrə Konvensiyasının prinsiplərinə zidd olaraq işğalçı Ermənistan mülki insanları, obyektləri hədəf alır. Çünki işğalçı Ermənistanın siyasi motivi terror və vandalizm prinsiplərinə əsaslanır. Düşmənin əldə edilmiş hümanitar razılaşmaya belə necə yanaşdığını dünya ictimaiyyəti gördü. Məhz bu səbəbdən də onlara ciddi təzyiqlər edilməlidir. Ermənistan artıq 30 ilə yaxındır Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon insan öz yürd-yuvasından didərgin salınıb. Amma indiyə qədər dünya birliyi və beynəlxalq təşkilatlar Ermənistana bu işğal, etnik təmizləmə siyasətinə görə irad bildirməyib”.

Millət vəkili qeyd edib ki, cəbhədə öz itkilərini ört-basdır etməyə çalışan düşmən dövlət mülki insanlar arasında panika və təlatüm yaratmağa çalışır:

“Amma bu gün çox təəssüflər olsun ki, bəzi dövlətlər, özəl şirkətlər işğalçını silahlandırmağa çalışır. Unutmaq olmaz ki, məhz o silahlar Azərbaycanda mülki insanlara, qadınlara, uşaqlara qarşı yönəldilib. Ona görə bu cür halların baş verməməsi üçün konkret addımlar atılmalı və buna yol verənlər də nəticə barəsində düşünməlidirlər".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər