Erməni KİV-lərinin yaydığı məlumata görə, guya Dağlıq Qarabağda separatçı rejimin rəhbəri Araik Arutyunyan Xankəndidə işğalçı Ermənistan ordusunun nümayəndələri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Xankəndi şəhərinin Azərbaycan Ordusunun Şuşa istiqamətindən həmlələrindən müdafiə olunmasının önəmli olduğu vurğulanıb.
Beləliklə, Ermənistan dolayısıyla Şuşanın Azərbaycan tərəfindən azad edildiyini etiraf edib.