27 Noyabr 2020 09:23
400

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində "Dronların Azərbaycana necə üstünlük gətirdiyini görün" başlıqlı xəbər və eyni mövzuda videoxəbər yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, materiallarda sentyabrın 27-dən başlayan 2-ci Qarabağ müharibəsində Azərbaycanın müxtəlif növ pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə düşmən hədəflərini ustalıqla məhv etməsindən söz açılıb. Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı görüntüləri təqdim edən nəşr yazır ki, son vaxtlar hücum PUA-larına maraq çoxalıb.

Materiallarda sentyabrın 27-dən başlayan müharibənin Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənəd əsasında dayandırıldığı, razılaşmaya əsasən, Ermənistan tərəfinin Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmalı olduğu qeyd olunub.


Müəllif: Teleqraf.com