7 Dekabr 2020 17:45
2 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan və Bakı Qarabağ münaqişə zonasında vəziyyət sabitləşdikdən dərhal sonra Qarabağ məsələsi ilə bağlı görüş keçirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Moskvada səfərdə olan Ermənistan Xarici İşlər naziri Ara Ayvazyan keçirdiyi mətbuat konfransında deyib.

Erməni diplomat qeyd edib ki, Minsk Qrupu həmsədrlərinin yaxın gələcəkdə bölgəyə səfərini və vasitəçilərlə xarici işlər nazirləri arasında məsləhətləşmələrin başlanmasını gözləyirlər: “Gələcəkdə yeni danışıqlar prosesinin başlanmasını gözləyirik. Gələcəkdə yeni danışıqlar prosesinin başlanması üçün zəmin hazırlamaq mümkün olacaq”.

Ara Ayvazyan İrəvan və Moskvanın artıq dialoqun bərpası baxımından bir az ehtiyatlı nikbinliyə sahib olduğunu qeyd edib: “Tərəflər faciənin təkrarlanmaması üçün olan hər şeyi etməlidirlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər