Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı saxlanılan rusiyalı jurnalistlər, Dağlıq Qarabağ və Ukrayna mövzuları müzakirə olunub.