8 Dekabr 2020 23:08
2 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

***

21:43

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatının icra edilməsinin gedişatını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

"Xarici siyasət idarələrinin başçıları 10 noyabrda Rusiyanın, Azərbaycanın və Ermənistan liderlərinin bəyanatının icra edilməsinin gedişatını, ikitərəfli əməkdaşlığı və beynəlxalq gündəliyin aktual mövzularını müzakirə etdilər", - məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər