ABŞ-ın “Vaşinqton Tayms” qəzeti Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı savaşda sərgilədiyi performansdan yazıb.
Teleqraf.com xəbər verir ki, nəşr Azərbaycan ordusunun arsenalında olan pilotsuz uçan aparatların (PUA) Böyük Britaniya kimi böyük dövlətlərin diqqət mərkəzində olduğunu bildirib.
Nəşr Azərbaycanın Ermənistanla müharibədə pilotsuz təyyarələrin uğurla istifadə etməsinin dünyada hərbi liderlərinin diqqətini çəkdiyini və bunların daha kiçik, ucuz və istifadəsinin daha asan olduğunu qeyd edib.
Qəzet Azərbaycanın ordusunun savaş taktikasının müharibə tarixində keçid mərhələsi olduğunu yazıb.
Amerikalı ekspertlər - Şaan Şaiq və Ues Rambaç TB2-lərin Dağlıq Qarabağdakı müharibədə düşmən hədəflərini asanlıqla aşkaralayar məhv etməklə, gedişatı dəyişdirdiklərini deyiblər.
Ekspertlər Ermənistanın istifadə etdiyi silah sistemlərinin çox köhnə və yararsız olduğunu, əksinə Azərbaycanın yaxşı planlanmış və yaxşı maliyyələşdirilmiş bir PUA strategiyasının olduğunu və bunun İrəvanın texnikasına böyük ziyan vurduğunu bildiriblər.
Mütəxəssislər qeyd ediblər ki, bu barədə deyilənlər müharibə vaxtı Azərbaycanın yaydığı əməliyyat videolarında da öz əksini tapıb.