Bu gün Qarabağ müharibəsi nəticəsində dağıdılmış Ağdam şəhərini ziyarət etdik. Bu, lap Xirosimadır.
Teleqraf.com xəəbr verir ki, bu barədə Ukraynalı hərbi müxbiri Roman Boçkala öz Feysbuk səhifəsində yazıb.
Hərbi müxbir bildirib ki, hətta Suriyanın Homs şəhərində bu qədər əhatəli dağıntıları görməyib:
"Heç bir sağ bina qalmayıb. Cümə məscidinin minarələrinin xilas olması möcüzəsi. Ancaq bunun da bir izahı var. Atəşi tənzimləmək üçün oriyentir olublar".