10 May 2021 19:57
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kəlbəcər rayonunun ucqar dağlarında Vətən Müharibəsi zamanı itkin düşən hərbçilərin axtarışı zamanı yüzlərlə minaların quraşdırıldığı ərazi aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə həmin şəxslər sosial şəbəkədə video paylaşaraq məlumat veriblər.

Murovdağ ətrafında axtarışlar zamanı dağın yamacında yüzlərlə piyada əleyhinə mina tapılıb. Belə ki, qarın əriməsi və dağın yüksəkliyindəki qar topasının uçqun nəticəsində aşağı yığılmasından sonra minalar üzə çıxıb.

Bununla da axtarışların necə çətinliklə və təhlükəli formada həyata keçirildiyi bir daha məlum olub.


Müəllif: Teleqraf.com