10 İyun 2021 21:12
2 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidenti Co Bayden Avropa turnesi sırasında türkiyəli və rusiyalı həmkarlarıyla ayrı-ayrılıqda görüşəcək. Bu görüşlərə diqqət böyük olsa da, bir görüşlə ABŞ-Türkiyə və ABŞ-Rusiya münasibətlərindəki dərin problemlərin həll olunacağını gözləmək əbəsdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, belə görüşlər nəticə üçün əvvəlcədən ciddi niyyət olanda problemlərin həllini yaxınlaşdırır:
“Hazırda isə Amerikanın müxtəlif məsələlərdə nə Rusiyaya, nə də Türkiyəyə güzəşt etmək fikri var.

O ki qaldı Azərbaycana, prezidentlərin görüşlərində müxtəlif – Suriyadan və raketlərdən tutmuş Ukraynaya qədər mövzular müzakirə olunacaq, Qarabağ və sərhəd mövzusu barədə sadəcə bir neçə kəlməlik fikir mübadiləsi mümkündür. Türkiyə və Rusiya prezidentləri (Putin və Ərdoğan) amerikalı həmkarıyla ümumiyyətlə Cənubi Qafqazı müzakirə etməyə həvəsli deyil. Düzünə qalsa, müharibə bitdikdən sonra Amerikanın gur səslə “mən də Qarabağda olmaq istəyirəm” çağırışına bizim də müsbət cavablandırmağımıza həvəsimiz yoxdur. Doğrudur, Bakıda olan amerikalı diplomatın “minalanmış xəritələr verilməlidir” açıqlamasını müsbət qarşıladıq, ancaq bunun ardınca onun “həmsədrlər fəaliyyətlərinə davam etməlidirlər” fikri bizdə haqlı suallar doğurdu. Buna baxmayaraq, Azərbaycanın ABŞ-la enerji və təhlükəsizlik (NATO çərçivəsində) sahəsində əməkdaşlığı davam etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər