9 Mart 2022 13:12
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyanın ötən həftə Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etməsindən sonra Rusiya “sülhmərmalı qüvvələri”nin müvəqqəti yerləşdiyi ərazilərdəki erməni qanunsuz silahlı birləşmələrinin təxribatları artıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, Rusiya tərəfi Ermənistanla Azərbaycana arasında sülhün əldə olunmasına qarşı çıxaraq bölgədə gərginliyi yüksək həddə saxlamağa çalışır:

“Rusiya ötən ay Azərbaycanla imzaladığı müttəfiqlik bəyannaməsinin bəndlərini ilk gündən pozmağa başlayıb. Birincisi, bəyannamənin imzalanamsından bir neçə saat sonra Rusiya Xarici İşlər Nazirliyinin Türkmənçay müqviləsi ilə bağlı sosial şəbəkədəki paylaşımında Azərbaycanın bəzi əraziləri “Şərqi Ermənistan” adlandırıldı.

İkincisi, çox keçməmiş rus sülhməramlılarının yerləşdiyi ərazilərdəki silahlı separatçılar atəşkəsi pozmağa başladılar. Yaranan ehtimal da budur ki, separatçıları buna elə sülhməramlıların özləri təhrik edir.

Üçüncüsü, ötən günlərdə Rusiya Müdafiə Nazirliyinin rəsmi şəxsi çıxışında “Dağlıq Qarababağ Respublikası” ifadəsi işlətdi. O, qondarma respublikanın Ukraynaya huimanitar yardım göndərdiyini bildirdi.

Baş verənlər onu göstərir ki, Rusiya tərəfi Azərbaycana təzyiq edir. Bununla da özünün imza tadığı Moskva bəyannaməsinin bəndlərini pozur.

Rusiyanın Qarabağla bağlı siyasəti və buradakı fəaliyyəti Azərbaycanın suverenliyi və təhlükəsizliyini təhdid edir. Durum o qədər gərginləşdirilib ki, artıq Azərbaycan Müdafiə Nazirliyi təxribatlara sərt və operativ cavabın veriləcəyini bildirib. Hesab edirəm ki, Azərbaycan ordusu qanunsuz birləşmələrin fəallaşmasına və boy atmasına imkan verməməlidir”.

Məhəmməd Əsədullazadənin iddiasına görə, Rusiya Ukraynada məğlub olsa, öz sülhməramlılarını Qarabağdan da çıxaracaq:

“Vəziyyət gərginləşməkdə davam etsə, Azərbaycan ordusunun antiterror əməliyyatına başlaması da labüd ola bilər. Bütün hallarda hər ehtimala qarşı hazırlıq olmaq lazımdır. Çünki Rusiya Ukraynada qalib gəlsə, digər qonşuları ilə yanaşı, Azərbaycanı da təhdid edə bilər.

Hesab edirəm ki, təhlükəsizliyi təmin etmək və ya riskləri önləmək üçün Türkiyə ilə birgə addımlar atmaq mütləqdir. Artıq sabah Prezident İlham Əliyev Türkiyəyə gedəcək. Bu səfər həm də regionda baş verənlərlə bağlıdır. İsrail prezidenti də Türkiyədə olacaq.

Hadisələrin gedişatına uyğun olaraq, Türkiyə-Azərbaycan-İsrail formatının qurulması mümkün ola bilər. Eyni zamanda, artan risklər Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasını labüd edir. Bunun üçün hərbi doktirinada dəyişikliyin edilməsi vacibdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər