Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İƏT ölkələrinin jurnalistləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında bildirib.
“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin bir qrup jurnalisti ilə görüşməkdən məmnunluq duyuruq. Onlar işğaldan azad edilmiş Ağdam və Şuşa şəhərlərində olub, 60-dan çox məscidə və digər mədəniyyət və dini abidələrə qarşı törədilən vandalizm və talanların şahidi olublar”, - Prezidentin köməkçisi qeyd edib.