26 May 2022 13:57
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi şurasının prezidenti Şarl Mişelin açıqlaması Azərbaycanın Qarabağ bölgəsindəki separatçıları təşvişə salıb.

Teleqraf.com xəbər verir ki, separatçıların başçısı Araik Arutyunyan Mişelin səsləndirdiyi fikirlərə etiraz edib.

Onun sözlərinə görə, AB şurası prezidentinin Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəyanatı qəbuledilməzdir.

Qarabağ separatçısı açıqlamasında “ermənilərin gələcək müqəddəratı” xülyasını yenidən təkrarlayıb.

Qeyd edək ki, Şarl Mişel mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçüncü üçtərəfli görüşündən sonra bəyanat yayıb. O, bəyanatda Qarabağdakı etnik ermənilərin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini bildirib. Şarl Mişelin açıqlamasında “status” məsələsinə yer verməməsi separatçıların etirazı ilə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər