Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının “müstəqilliyinin 31-ci ildönümü” ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, hökumət başçısı açıqlamasında yenidən “status” sayıqlamasını dilə gətirib.
Baş nazir “Dağlıq Qarabağ”ın ərazi vahidi kimi mövcud olduğunu, məsələnin həll edilmədiyini bildirib.
Paşinyan “Dağlıq Qarabağın statusu”nun ATƏT-in Minsk qrupu çərçivəsində "həllinin vacibliyi"nə də diqqət çəkib.
Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində “status” məsələsini tarixin arxivinə göndərib. Azərbaycan sərhədləri daxilində “Dağlıq Qarabağ” adlı ərazi vahidi və bu yöndə Ermənistan tərəfindən ortaya atılmış qondarma məsələnin həlli ilə məşğul olan “Minsk qrupu” adlı format da yoxdur.
Ötən günlərdə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşün yekun bəyanatında da bu iki məsələdən heç bir mətndə yer almayıb. Yəni bunu təsdiqləyənlərdən biri də elə Ermənistan baş nazirinin özüdür.