"Cənubi Qafqazda vəziyyətin gərginləşməsində əsas maraqlı tərəflər ABŞ və Avropa İttifaqıdır".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Azərbaycana qarşı son təxribatına münasibət bildirən rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert iki ölkə arasında gərginliyi körükləyən tərəfin isə Qərb olduğunu iddia edib:
“Cənubi Qafqazda vəziyyətin gərginləşməsində əsas maraqlı tərəflər ABŞ və Avropa İttifaqıdır. Onlar Ermənistanın əli ilə Rusiya üçün mühüm əhəmiyyət kəsb edən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin işə salınmasını və tamhüquqlu fəaliyyətini pozmaq istəyirlər.
İrəvanın marağı isə ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmaq, Vaşinqton və Parisin dəstəyi ilə Qarabağa separatçı statusun verilməsinə təkan verməkdir”.
Korotçenko Ermənistan müdafiə nazirinin ABŞ-a səfərinə də diqqət çəkib:
“Təxribat ərəfəsində Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-a səfər edib. Təsadüfdür? Belə düşünmürəm".