15 Sentyabr 2022 20:14
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verdi. Erməni tərəfinin təminat və təchizatına güclü zərbələr vuruldu, darmadağın edildi. Amma məsələ bununla bitəcəkmi? Ermənilər heç vaxt sözlərinə və imzalarına əməl etməyib. Hesab edirəm ki, bundan sonra da əməl etməyəcək. Niyə? Çünki özləri müstəqil deyil, xarici mərkəzlərin diktəsi ilə hərəkət edirlər. Xaricdə olan güc mərkəzləri-Rusiya və Qərb arasında Cənubi Qafqaz uğrunda mübarizə gedir və bu mübarizədə Ermənistan hər iki tərəfin əlində alət kimi istifadə edilir. Bu səbəbdən də təxribatların sona çatacağına inanmıram. Ən azından o ana qədər ki, Azərbaycan ərazisində mövcudluğunu saxlayan separatçı və terrorçu rejim fəaliyyət göstərir, özünü sərbəst aparmağa çalışır. Buna son qoyulmalıdır”.

Bunu Teleqraf.com-a deputat Elman Məmmədov deyib.

O əmindir ki, separatçıların Azərbaycan qarşısında duruş gətirməsi mümkün deyil, sadəcə onlara söz veriblər ki, sizin təhlükəsizliyinizə təminat veririk:

“Nə qədər ki, ərazimizdə belə terrorçu separatçı qruplaşma var, eləcə də Ermənistan ordusunun ərazimizdə tör-töküntüləri var və onların təminat yolu mövcuddursa, təxribatlar davam edəcək. Ondan dayanacaq ki, separatçı qurum tərkisilah olunsun, cinayətkar cəzalandırılsın, erməni ordusunun qalıqları sonuncu nəfərinə kimi ərazimizdən təmizlənsin. Bundan sonra təxribatların qarşısının alınması haqda danışa bilərik. Nə qədər ki, bunlar baş verməyib təxribatlar davam edəcək. Dünən axşam atəşkəs elan edilib. Amma mən dediyim məsələlər həllini tapmasa, atəşkəs bir saat da, bir ayda davam edə bilər. Amma ermənilər yenə də təxribata əl atacaqlar. Biz 30 ildə ancaq bunu görmüşük.

Eyni zamanda Xankəndindəki ermənilərlə Ermənistan erməniləri arasındakı yeni yola nəzarəti təmin etməli, bu yolda sərhəd və gömrük məntəqəmiz olmalıdır. Bir daha qeyd edim ki, ermənilər son 30 ildə dəfələrlə təxribatlara əl atıblar”.


Müəllif: Nemət

Oxşar xəbərlər