KTMT-nin missiyası Ermənistan və Azərbaycan sərhədində yerləşən ərazilərə baş çəkib.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, general-polkovnik Anatoli Sidorovun başçılığı ilə KTMT-nin Ermənistandakı missiyasının qabaqcıl qrupu Azərbaycanla sərhəddə bir neçə məntəqədə monitorinq keçirib.
Xatırladaq ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın baş katibi Stanislav Zasın başçılıq etdiyi missiyanın Ermənistana göndərilməsi barədə qərar qəbul edilib.