5 Oktyabr 2022 12:55
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Qarabağ və Şərqi Zəngəzur ərazisində 33 tunel, 84 yeni körpü tikiləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

“Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq. Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir”,- dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər