I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir.
Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.
Baş Pokuror bildirib ki, dəfələrlə Ermənistanlı həmkarı ilə görüşdə bu məsələni qaldırıb.
“Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Amma biz bunları tapılan kütləvi məzarlıqlarda aşkarlayırıq. Biz bu gün hər itkin düşənin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Biz meyitlər aşkarlandıqca onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”.