27 Oktyabr 2022 12:45
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni kombinasiyada İrəvanın rolu Ermənistanın faktiki iştirakı olmadan baş verən proseslərə tabedir".

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Qarabağın dağlıq hissəsindəki separatçı rejimin ətrafında yaranmış duruma diqqət çəkib:

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə gözlənilən görüşündən əvvəl separatçıların başçısı Araik Arutyunyan bəzi təmaslar üçün Moskvaya uçub. Bu kontekstdə Rusiya vətəndaşlığından imtina etsə də, Moskvada bəzi nüfuzlu şəxslərlə yaxın münasibətdə olan adam sayılan Ruben Vardanyana “hakimiyyətin ötürülməsi”nin parametrlərinin razılaşdırılmasından danışmaq olar. Gedişat buna çox oxşayır. “Dövlət naziri” postu təklif edilən Vardanyan tezliklə “hakimiyyətin inventarlaşdırılması” çərçivəsində “səlahiyyətlər”ini həyata keçirməyə başlaya bilər.

Son vaxtlar Qarabağ erməniləri ilə Azərbaycanın rəsmi qurumları arasında əlaqə yaratmaq imkanından çox danışılır. Çoxsaylı hərbi cinayətlərdə təqsirli bilinən Araik Arutyunyan heç bir formada bu prosesdə iştirak edə bilmədiyi üçün bu missiya Ruben Vardanyana həvalə edilə bilər.

Araik Arutyunyan bütün resurslarını tükədib, hesab etmək olar ki, artıq ona yol görünməyə başlayıb. Hazırda onu maraqlandıran yeganə şey şəxsi təhlükəsizliyinin təminatıdır. Vardanyanın Azərbaycanın rəsmi qurumları ilə əl sıxıb-sıxmayacağını zaman göstərəcək.

Nikol Paşinyana gəldikdə, o, əslində separatçılardan uzaqlaşır. Yeni kombinasiyada isə İrəvanın rolu Ermənistanın faktiki iştirakı olmadan baş verən proseslərə tabedir".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər