Bu gün “Türkiyə Gəzginlər Klubu” dərnəyi - beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər edib.
Teleqraf.com-un xəbərinə görə, səfər beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində baş tutub.
Qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abiləri ziyarət ediblər.
Qeyd edək ki, beynəlxalq səyahətçilərin səfərləri işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün təşkil olunub və onlar üç gün ərzində avtomobil yolu ilə Bakı-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl (Xudafərin)-Bakı marşrutu üzrə hərəkət edəcək.
Xatırladaq ki, budəfəki heyətə "Türkiyə Gəzginlər Klubu"nun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.