6 Dekabr 2022 12:36
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökumətinin əsas məqsədi Rusiya sülhməramlılarının nəzarət etdikləri əraziləri (Qarabağın dağlıq hissəsi) Azərbaycana təhvil verməkdir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Ermənistan hökumətinin Qarabağla bağlı mövqeyi belədir: əziz Moskva, bu mənə lazım deyil, sənə lazımdırsa, saxla”, - ekspert bildirib.

“Status”məsələsinə gəldikdə, Sərkisyan hesab edir ki, Ermənistan hökuməti bu məsələdən də yan keçir və bu səbəbdən də daha çox Qarabağ ermənilərinin təhlükəsizliyindən danışır.

Onun sözlərinə görə, Ermənistan hökuməti Qarabağ erməniləri ilə bağlı bütün məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə qoymaqla özünü bu prosesdən kənarda saxlamağa çalışır.

“İndi Qarabağın (dağlıq hissəsinin) təhvil verilməsi xarici siyasətimizin yeganə prosesidir ki, bu da çoxmərhələli və mürəkkəbdir”, - Sərkisyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər