24 Dekabr 2022 10:34
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabında video paylaşıb.

“Videodan göründüyü kimi eko-fəallar kənara çəkilir və İrəvana gedən BQXK-nın təcili tibbi yardım maşınlarının növbəti konveyi Şuşa-Xankəndi yolunun kəsişməsindən keçir. Körpə oğlan öz valideynləri ilə İrəvana aparılır. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. “Blokada” təbliğatını dayandırın!”, - deyə Hikmət Hacıyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər