18 Fevral 2023 15:55
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın sonunda, martın ilk həftəsi ərzində Zəngilan rayonun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.

Teleqraf.com xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O vurğulayıb ki, həmin ailələrin iki mərhələdə köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu vaxta kimi işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə 66 ailə köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər