“Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətinin yaradılmasına Ermənistan mane ola bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Dövlətin sərhəd və gömrük xidməti olur, ölkəyə daxil olan və çıxan nəqliyyat vasitələri və vətəndaşların sənədləri yoxlanılır. Bu, BMT-yə üzv dövlətlərin hamısında belədir. Beynəlxaq Ədalət Məhkəməsi “yol açıq olmalıldır” qərarını verə bilər, ancaq “ölkənin sərhəd və gömrük xidməti olmamalıdır” kimi absurd qərara imza ata bilməz. Laçın yolunun qurtaracağında sərhəd və gömrük xidmətinin yaradılmasına Ermənistan mane ola bilməyəcək, başqalarının da səlahiyyəti yoxdur”, - ekspert bildirib.
Elxan Şahinoğlu məsələnin texniki tərəfinin həll edilməsinin önəminə diqqət çəkib:
“Məsələnin texniki tərəfi Moskva ilə danışılmalıdır ki, Laçın yolundakı rusiyalı hərbi kontingentlə problem yaşanmasın. Bu prosesi sürətləndirməyə ehtiyac var”.