Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus daha 6 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 yük və 5 minik avtomobili Laçından Xankəndi istiqamətinə keçid ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-ya məxsus avtomobillərin sayı 16-ya çatıb.
***
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 10 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 5 minik və 5 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.