30 Mart 2023 12:28
3 940
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”.

Teleqraf.com xəbər verir ki, bunu erməni yazıçı Karo Vardanyan deyib.

“Ermənistan rəhbərliyində Qarabağ məsələsi ilə bağlı heç bir narahatlıq görmürəm. Çünki bu məsələdən əlini çəkib, bu yükü öz üzərindən atıb. Buna görə də rusların – Rusiyanın “cavabdeh” olduğunu, bu yöndə üzərinə öhdəlik götürdüyünü bildirir. Zənnimcə, onun (Nikol Paşinyanın) Qarabağı tamamilə Azərbaycana təhvil verməklə bağlı müəyyən öhdəlikləri var. Bu çərçivədə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır”, - yazıçı bildirib.

Paşinyanın Azərbaycanla savaşdan çəkindiyini bildirən Vardanyanın sözlərinə görə, Ermənistan baş nazirinin əsas hədəfi rəsmi Bakı ilə sülh müqaviləsinin imzalanmasıdır. Yekun sənəddə isə Qarabağ məsələsinin yer almayacağını, bunu da elə Paşinyanın özünün dilə gətirdiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu